16 Sentyabr 21:40

MHP başqanı Dövlət Baxçalı Tvitter hesabından yaydığı açıqlamada İraqda kürdlərin keçirəcəyi referenduma menasibət bildirib.

Teleqraf.com Türkiyə KİV-ə istinadən xəbər verir ki, Dövlət Baxçalı türklərin mövcudluğunun hər zaman narahatlıq yaratdığını, tarixi hesabların hər fürsətdə gündəmə gəldiyini, amansız düşmənçilik sərgiləndiyini bildirib:

"Vətənimizi, tarixi çıxarlarımızı paylaşmaq, varlığımızı dağıtmak üçün durmadan oyunlar oynandı, aslanı pişiyə boğdurmaq istədilər. Bərzaninin 25 sentyabr referendumu türk düşmənçiliyinin bu günə yansımasıdır. Kərkük peşmərgənin hakimiyyətinə girerse, güney sərhədimiz boyunca Kürdistan qurulursa, Türkiyə iflic olacaq. Kərkükün təhlükəsizliyi Ankaranın təhlükəsizliyi deməkdir. Tarix, coğrafiya və milli müqəddarata görə Ankara ilə Kərkükün taleyi etnidir. Kərkük lord planlarına qurban verilsə, Mosul, Telafər, Tuzhurmatu, bir sözlə, Türkməneli tələf olarsa, Anadoluya ateş yağacaq.

Kərkük türkdür deyirik. Bədəl ödəməkdən bəhs edən Bərzaniyə bədəli ödətdirəcək gücdəyik. 25 sentyabr referendumunun təxirə salınması deyil, tamamilə ləğv edilməsi ölüm-qalım məsələsidir. Əksini düşünmək fəlakətə xidmətdir".

Bağçalı Bərzaniyə isə bu mesajı verib: "Lazım gələrsə, atəş daşıyarıq, buzdan atəş çıxararıq. Lazəm gələrsə, cəbhədən cəbhəyə qan nəql edərik. Referendumdan vaz keçməsi şərti ilə Bərzaniyə Kərkükü bağışlamağı düşünənlərə türkün yenilməz iradəsini, keçilməz imanını xatırladıram. Bu gün Kərkükü peşkəş çəkməyi düşünənlər, sabahDiyarbakıra, Hakkariyə, Şırnaka göz dikəcəklər. İraqın ərazi bütövlüyü pozulmayacaq. Türk dövlətinin qırmızı cizgiləri keçilməyəcək. İraq türkmənləri yox sayılmayacaqdır".


Müəllif: Zahid