16 Sentyabr 2017 23:14
1 040
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Rusiyadan “S-400” kompleksləri alması heç də Ankaranın NATO-dan uzaqlaşmasını və ya Rusiya ilə yaxınlaşmasını təsdiqləmir. APA-nın xəbərinə görə, bu barədə NATO baş katibinin diplomatiya üzrə köməkçisi Taçan İldem bildirib.


“Türkiyənin Rusiyadan “S-400” kompleksləri almasına gəlincə, düşünmürəm ki, bu Türkiyənin NATO və qərb təsisatlardan uzaqlaşmasını və Rusiya ilə yaxınlaşmasını təsdiqləyir. Çünki, Türkiyə rəhbərliyi Ankaranın NATO-nun müttəfiqi olduğunu və həmişə olacağını aydın şəkildə bəyan edib”, - deyə İldem qeyd edib.

Qeyd edək ki, Ankara və Moskva arasında Rusiya istehsalı olan “S-400” zenit- raket komplekslərinin alınmasına dair saziş imzalanıb. Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan “S-400” komplekslərinə görə Ankaranın ilkin ödəniş etdiyini bəyan edib.


Müəllif: Teleqraf.com