17 Sentyabr 2017 10:41
655
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa Milli Polisinin baş idarəsi bütün Avropa ərazisində dəmiryollarında terror təhlükəsi ilə bağlı xəbərdarlıq edib.

Teleqraf.com xəbər verir ki, həmçinin, ekstremistlərin Avropanın müxtəlif ölkələrində meşə yanğınları törətmək və qida məhsullarını zəhərləməyi planlaşdırdıqları bildirilib. “Le Parisien” qəzetinin idarədən əldə etdiyi gizli sənədin sentyabrın əvvəlində hazırlandığı məlum olub.

Sənəddə, həmçinin, bildirilir ki, Fransanın özündə də terror təhlükəsi yüksək olaraq qalmaqda davam edir və hüquq-mühafizə orqanları yeni reallıqlara uyğun olaraq antiterror planlarını nəzərdən keçirirlər. Buna görə də hüquq-mühafizə orqanları dəmiryollarında, məktəblərdə, universitetlərdə və turistik obyektlərdə mühafizəni gücləndirmək qərarına gəliblər.

Qeyd edək ki, sentyabrın 15-də pik saatda Londondakı “Parsons Green” metrosunda terror akı törədilib. Son məlumatlara görə, əldəqayırma qurğunun tam gücü ilə partlaması nəticəsində 30 nəfər zərər çəkib.

Son dövrlərdə Avropada ən güclü terror aktı isə avqustun 17-də Barselonada baş verib. Avtofurqonun kütlə üzərinə sürülməsi nəticəsində 15 nəfər həlak olub, 130 nəfər xəsarət alıb.


Müəllif: Səxavət