17 Sentyabr 15:00

Pedofil qalmaqalı İslandiyada hökumətin dağılması ilə nəticələnib.

Teleqraf.com xəbər verir ki, İslandiya baş naziri Bjarni Benediktosa pedofil iddiası ölkədə mövcud olan koalisiya hökumətinin dağılmasına səbəb olub. Hökumətdə koalisiya tərəfdaşı olan “Parlaq Gələcək” Partiyası koalisiya hökumətinin tərkibindən çıxdığını elan edib.

Məlumatda qeyd edilir ki, bu proses baş nazir B.Benediktosun atası Sveinsona məhkum pedofilin sərbəst buraxılması üçün yazdığı məktubun üzə çıxmasında sonra baş verib. İslandiya hökuməti baş nazirin atasının məktubunu gizlətməkdə və məktubu açıqlamamaqda ittiham edir.

Qeyd edilir ki, baş nazir B.Benediktosonun atasının gizli şəkildə pedofil Haukssona verdiyi dəstək xalq arasında ciddi narazılığa səbəb olub.


Müəllif: Cavad