17 Sentyabr 19:58

ABŞ Prezidenti Donald Tramp KXDR lideri Kim Çen Ina yeni ləqəb qoyub.

Teleqraf.com xəbər verir ki, Tramp Tvitterdə Şimali Koreyadakı durumdan yazarkən Kim Çen Inı "Raket insan" adlandırıb.

"Dünən Cənubi Koreyanın prezidenti Munla danışdım. "Raket insan"ın necə yaşadığını soruşdum. Şimali Koreyada yanacağa görə uzun növbələr yaranıb. Pisdir", - deyə Tramp qeyd edib.


Müəllif: Teleqraf.com