17 Sentyabr 2017 21:58
820
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyanın ən yaşlı sakini, 117 yaşlı yamaykalı Violet Moss Braun bu gün dünyasını dəyişib.

Teleqraf.com xəbər verir ki, bu barədə Yamaykanın baş naziri Endryu Holness öz "Tvitter" səhifəsində bildirib.

Qeyd edək ki, Violet Moss Braun planetin ən yaşlısı adına bu ilin aprelində italiyalı Emma Moranın ölümündən sonra layiq görülmüşdü.

Braun heç vaxt spirtli içki içməyib, donuz və toyuq ətləri yeməyib.


Müəllif: Teleqraf.com