19 Sentyabr 2017 08:19
678
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türk Silahlı Qüvvələri İraqın şimalında keçirdiyi hava əməliyyatı nəticəsində dörd terrorçunu məhv etdiyini açıqlayıb.

Teleqraf.com türk mediasına istinadla xəbər verir ki, Şimali İraqın Avaşin Basyan regionunda keçirilən hava əməliyyatı zamanı məqsəd ərazidəki terrorçuları zərərləşdirmək olub.

Açıqlamada qeyd olunub ki, hərbi hava hərəkətlənməsindən öncə bölgədəki terrorçuların yeri müəyyən edilib. Bundan sonra əməliyyat başlayıb və dörd terrorçu öldürülüb.


Müəllif: Cavad