19 Sentyabr 2017 08:44
715
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Beynəlxalq aləmdən edilən müraciət və çağırışlara baxmayaraq Myanma hökuməti indiyə qədər BMT və digər humanitar təşkilatlarının Arakana daxil olmasına icazə vermir”.

Teleqraf.com xəbər verir ki, bu bəyanatla BMT baş katibinin sözçüsü Stephane Dujarric çıxış edib.

BMT rəsmisi bildirib ki, Myanma hökuməti humanitar yardımların və mütəxəssislərin Arakana daxil olması tələblərini rədd edir.

Stephane Dujarric qeyd edib ki, hazırda Arakanda BMT nümayəndələri yoxdur, bu səbəbdən də baş verənlərlə bağlı birbaşa informasiya almaq çətindir: “25 avqustdan bu günə qədər 415 min insan Banqladeşə sığınmalı olub. 300 min insanın qida ehtiyacı var. 170 min insanın isə sağlamlıq xidmətlərinə birbaşa çıxışı yoxdur”.


Müəllif: Cavad