24 Aprel 2014 19:38
1 260
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Yaxşı hal olmasa da, qorxulu deyil"

Rusiya prezidenti Vladimir Putin Qərbin Rusiyaya qarşı sanksiyalarının tənqidi xarakterli olmadığını bildirib.

ANS PRESS-in verdiyi məlumata görə, o, müasir dünyada heç bir sanksiyanın effektiv olmadığını və istənilən effekti vermədiyini qeyd edib.

"Yaxşı hal olmasa da, qorxulu deyil. Bu, olduqca siyasi xarakterli bir məsələdir. Çalışıb sanksiyaların qarşısını almaq lazımdır", - deyə Putin bildirib.

Xatırladaq ki, bir müddət əvvəl ABŞ prezidenti Barak Obama Rusiyanın Cenevrə şərtlərini yerinə yetirmədiyi halda Moskvaya tezliklə yeni sanksiyalar tətbiq edilə biləcəyi haqda mesaj yollamışdı.

ABŞ lideri Rusiya tərəfinın bu istiqamətdə müəyyən addımlar atmağa hazırlaşdığına ümüd etdiyini bildirərək sanksiyaların qarşısını almağın mümkün olduğunu qeyd etmişdi.


Müəllif: