19 Sentyabr 2017 11:59
728
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranda qətldə və homoseksuallıqda günahlandırılan daha 4 nəfər edam edilib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, edamlar Güney Azərbaycanın Təbriz və Ərdəbil şəhərlərində həyata keçirilib.

Bildirilib ki, ölüm hökmünün icrasına baxmaq üçün 50 məhbus zorla edam meydançasına gətirilib və onlar müttəhimin dara çəkilməsi səhnəsini yaxından baxmağa məcbur edilib.

İran İslam Respublikası ölkədə həyata keçirdiyi edamların sayına görə dünyada 1-ci yeri tutur.


Müəllif: Samir