19 Sentyabr 2017 17:35
993
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanın eks-prezidenti və Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvili Ukrayna məhkəməsinə müraciət etməməsinin səbəblərindən danışıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, o bu barədə Kiyevdə keçirdiyi mətbuat konfransında açıqlama verib.

Saakaşvilinin sözlərinə görə, vətəndaşlıqdan məhrum olunması ilə bağlı məhkəməyə müraciət etməməsinin səbəbi heç bir sənədinin olmamasıdır:

“Mənim bütün sənədlərim oğurlanıb. Heç bir sənədim olmadığı üçün məhkəməyə müraciət edə bilməmişəm”.


Müəllif: Samir