19 Sentyabr 2017 16:50
829
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanın eks-prezidenti və Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvili mətbuat katibi Darina Çiji işdən çıxarıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, buna səbəb Çijin Ukrayna Prezidenti Petro Poroşenko ilə bağlı səsləndirdiyi antisemitizm dolu fikirlər olub.

Çij Feysbuk hesabında Poroşenkonu “Valtsman” adlandırıb.

Saakaşvili bununla bağlı sosial şəbəkədə məlumat verib. O bildirib ki, ömrü boyu antisemitizm tərəfdarları ilə mübarizə aparıb.


Müəllif: Samir