22 Sentyabr 2017 19:31
1 522
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şimali Koreya yeni ballistik raketini sınaqdan keçirməyə hazırlaşır.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu məlumatı Nyu Yorkda BMT Baş Assambleyasının iclasında iştirak edən Şimali Koreyanın Xarici İşlər naziri Ri Yonq Ho verib.

O bildirib ki, bu dəfə ABŞ bənzəri olmayan raket görəcək: “Bu, Vaşinqtonun təhdidlərinə cavab olacaq. Sakit okean üzərinə buraxılacaq raket nəhəngliyi ilə diqqət çəkəcək”.


Müəllif: Samir