22 Sentyabr 2017 15:51
914
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın Tavuş vilayətində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, “Vaz 2121” markalı avtomobil yolu keçmək istəyən 8-ci sinif şagirdi Vaid Darbinyanı vurub.

Hadisə nəticəsində 13 yaşlı yeniyetmə ölüb.

Qəzanı törədən 26 yaşlı David Tsaturyan Ermənistan Müdafiə Nazirliyinin əməkdaşıdır. O, müdafiə naziri Vigen Sərkisyanın yaxın adamlarındandır.
Samir


Müəllif: Samir