22 Sentyabr 2017 17:17
760
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanın eks-prezidenti və Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvili məhkəmə prosesində iştirak etməyib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, proses Lvov vilayətində keçirilib.

Saakaşvili məhkəməyə getməməsinin səbəblərini Feysbuk hesabında yazıb: “Mən Çerkassax sakinləri ilə görüşümü təxirə salmamaq üçün məhkəməyə getmədim. Ukraynanın hazırki hökuməti başımızı bu cür proseslərlə qatmaqla yerli sakinlərlə görüşümüzə maneə törətmək istəyir”.

Qeyd edək ki, Mixail Saakaşviliyə qarşı Ukrayna sərhədini qanunsuz keçmə maddəsi ilə cinayət işi başlanıb.


Müəllif: Samir