23 Sentyabr 2017 00:43
1 905
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraq Kürdüstanının müstəqilliyini dəstəkləyənlər Ərbil şəhərininı mərkəzində böyük bir tıxac yaradıb.

Teleqraf.com-un xəbərinə görə, müstəqilliyin yüzlərlə tərəfdarını "Ərbil" stadionunda "İstiqlal festivalı" başa çatdıqdan sonra küçəyə çıxıblar. Bu səbədən Ərbilin küçələrində tıxac yaranıb. Kücələrdə kürd bayraqları dalğalanır, sürücülər daim siqnal verirlər. Bir çox avtomobillər Məsud Bərzaninin portretləri ilə bəzədilib. Havaya fişəng atanlar da var. Şəhərdə hərəkət etmək çətinləşib.


Müəllif: Nahid