23 Sentyabr 2017 12:04
707
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın baş naziri yaxın zamanlarda Tehrana rəsmi səfər edəcək.

Teleqraf.com-un məlumatına görə, bu barədə İranın Mehr agentliyi məlumat yayıb.

Məlumatda deyilir ki, səfər İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərifin ermənsitanlı həmkarı Eduard Nalbəndyanla Nyu Yorkda BMT Baş Məclisinin sessiyası çərçivəsində görüşü zamanı razılaşdırılıb.

İki nazirin görüşü dünən axşam baş tutub.


Müəllif: Teleqraf.com