23 Sentyabr 2017 12:17
1 035
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraqın Baş Qərargah rəisi Osman Qənimi gözlənilmədən bu gün Türkiyəyə gəlib.

Teleqraf.com türk mediasına istinadla xəbər verir ki, onun Türkiyə Baş Qərargah rəisi Hülusi Akarla görüşü gözlənilir.

Qeyd edək ki, iki gün sonra Şimali İraq Kürd Muxtariyyəti müstəqillik referendumu keçirməyə hazırlaşır. İraqın mərkəzi hökuməti, eləcə də Türkiyə və İran referendumun qəti əleyhinədir.

Türkiyə tərəfi muxtariyyətin lideri Məsud Bərzaniyə dəfələrlə xəbərdarlıq edib.


Müəllif: Mahir