24 Sentyabr 2017 01:35
719
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngiltərənin baş naziri Tereza Mey Avropa Birliyi (AB) ölkələrinin vətəndaşlarını İngiltərəni tərk etməməyə çağırıb.

Teleqraf.com xəbər verir ki, baş nazir bu barədə İtaliyada səfərdə olarkən bildirib.

O, deyib ki, London AB-dən çıxandan sonra da bu insanların ölkəsində qalmasını arzulayır. Baş nazir həm AB-nin, həm də İngiltərənin yararlana biləcəyi Breksit anlaşması əldə edəcəklərinə inandığını deyib:

“İngiltərənin Avropa Birliyindən ayrılmasından sonra iki il müddətinə Breksit razılaşması tətbiq ediləcək. Bundan başqa, Avropa Birliyi ilə təhlükəsizlik sahəsində anlaşma əldə etmək niyyətindəyik”.

Qeyd edək ki, İngiltərə AB-dən ayrıldıqdan sonra birliyə üzv dövlətlərin vətəndaşları olan biznesmenlər mümkün qədər zərər görməmək məqsədilə İngiltərəni tərk edirlər.


Müəllif: Cavad