23 Sentyabr 2017 17:05
847
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Donald Tramp bu dəfə Amerika futboluna savaş açıb.

Teleqraf.com xəbər verir ki, o, Alabama ştaatında keçirilən bir görüşdə ABŞ futboluna qarşı ciddi tənqidlər səsləndirib.

Tramp xalqı oyundan əvvəl dövlət himni oxunarkən ayağa qalxmayan oyunçuların komandalarını boykot etməyə çağırıb.

Mütəxəssislər isə hesab edirlər ki, Trampın bu bəyanatı Afro-amerikalı futbolçulara istiqamətlənib. Məlumata görə, Amerika futbolçuları irqçi xarakterdə olan marşın oxunması zamanı ayağa qalxmayıblar. Prezident Tramp isə bununla bağlı açıq mövqeyini ifadə edib: “Əgər stadionda milli marş zamanı ayağa qalxmayan bir atlet görsəniz, dərhal stadionu tərk edin”.

Xəbərə görə, Trampın bu mövqeyindən sonra yerdən “Amerika!” şüarlar səsləndiriib.

Xatırladaq ki, Kolin Kaeperick adlı idmançı ABŞ-da qaradərililərlə bağlı cinayətlərə etiraz olaraq bir ildən çoxdur dövlət himni oxunarkən ayağa qalxmır. Sonradan bu hərəkət bir çox idmançılar tərəfindən qəbul edilib və tendensiya halını alıb.


Müəllif: Cavad