23 Sentyabr 2017 21:50
817
12 Punto 14 Punto 16 Punto 18 Punto

Meksikada zəlzələ qurbanlarının sayı 305 nəfərə çatıb.

Teleqraf.com-un "RİA Novosti"yə istinadən xəbərinə görə, bu barədə bu gün Meksika milli qəza-xilasetmə xidmətinin rəhbəri Luis Felipe Puente bildirib.

Puente deyib ki, ölənlərin 167 nəfəri paytaxt Mexikodandır.

İtkilər Mexikodan sonra Oaxaka, Puebla, Qerrero və Morelosda qeydə alınıb.

Qeyd edək ki, sentyabrın 19-da Meksikada 7,1 bal gücündə zəlzələ baş verib.



Müəllif: Nahid