24 Sentyabr 2017 18:15
779
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidentinin böyük qızı İvanka Tramp məhkəməyə verilib.

Teleqraf.com TASS agentliyinə istinadla xəbər verir ki, buna səbəb İvankanın rəhbərlik etdiyi şirkətin italiyalı dizayner Edqardo Osorioya məxsus hündürdaban ayaqqabı modelini mənimsəyərək, öz malı kimi təqdim etməsi olub.

İtaliya dizaynerin hazırladığı model 785 dollara, İvankanın şirkətinin hazırladığı hündürdaban ayaqqabı isə 65dollara satılıb.

Məhkəmə iddiasına görə şirkət həmin ayaqqabıların istehsalını dayandırıb.


Müəllif: Şəfiqə Nazimqızı