24 Sentyabr 2017 20:13
828
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hazırda Şimali İraq Kürd Muxtariyyətinin lideri Məsud Bərzzani Ərbildə mətbuat konfransı keçirir.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Bərzani mətbuat konfransında müstəqillik referendumuna dair son qərarını açıqlayıb. Kürdüstanın lideri bəyan edib ki, kürdlərin müstəqillik referendumu təxirə salınmayacaq.

“Xalqımız qərarını verib və bu qərardan geri çəkilməyəcək”-deyə, Bərzani bildirib.

Qeyd edək ki, Bərzani bu qərarını İranın Ərbilə təyyarə uçuşlarını dayandırdığı, şəhərə yaxın olan bir neçə kəndi raket atəşinə tutması və Türkiyə ordusunun Şimali İraq Kürd Muxtariyyəti sərhədləri yaxınlığında hərbi manevrləri fonunda açıqlayıb.


Müəllif: Cavad