25 Sentyabr 2017 00:14
814
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qadın hüquqları sahəsində o qədər də müsbət imicə malik olmayan Səudiyyə Ərəbistanında ilkə imza atılıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Səudiyyə Ərəbistanı tarixində ilk dəfə qadınların futbol stadionuna daxil olmasına icazə verilib.

Dünən Səudiyyə Ərəbistanı Krallığı müstəqilliyin 87-ci ildönümünü qeyd edib. Bu məqsədlə səudiyyəli xanımlara stadiona daxil olmaq icazəsi verilib. Xanımlar stadionda onlar üçün ayrılan xüsusi yerdə əyləşib.

Xəbərdə qeyd olunur ki, Səudiyyə Ərəbistanı qadın hüquqlarının qorunması baxımdan mənfi imicə malikdir. Burada xanımlara sürücülük vəsiqəsi almaq qadağan edilib, onlar ailə üzvlərinin icazəsi olmadan başqa yerə səyahət edə bilmir.


Müəllif: Cavad