25 Sentyabr 2017 08:59
752
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraqın baş naziri Heydər İbadi İraq Kürd Muxtariyyətinin bu gün keçirəcəyi müstəqillik referendumunu tanımayacaqlarını bəyan edib.

Teleqraf.com xəbər verir ki, Heydər İbadi dövlət televiziyasındakı çıxışında İraqda irqçi dövlətin qurulmasına qarşı olduqlarını bildirib: "İraqın birliyini, vətəndaşların təhlükəsizliyini qorumaq üçün gərəkən addımları atacağıq".

"İraq etnik və məzhəb əsaslı bölünmə ərəfəsindədir. Ölkədəki durumdan sui-istifadə etmək olmaz. Bu, Səddam rejimi kimi uğursuzluqla nəticələnəcək. Referendumdan sonra heç bir ölkə İraq Kürd Muxtariyyətinin yanında olmayacaq. Heç kəsə ölkəmizdən şəxsi malı kimi istifadə etməyə imkan verməyəcəyik. Liderlərin vəzifəsi vətəndaşların təhlükəsizliyini qorumaqdır. Səddam Hüseyn bütün İraq xalqını əzdi. Kimsə ərəbləri və Bağdad sakinlərini xalqa zülm etməkdə ittihamlamasın. Səddamın yanındakı bəzi kürd və ərəb Baasçılar kürdlərin əzilməsində böyük rol oynadılar. Kürt qardaşlarımızdan oradakı hakimiyyətdən neft gəlirlərinin hara xərcləndiyini soruşmalarını rica edirəm", deyə İbadi bildirib.


Müəllif: Ruslan