25 Sentyabr 2017 10:13
826
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Xarici İşlər Nazirliyi İraq Kürdüstanında keçirilən referendumla bağlı bəyanat yayıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bəyanatda referendumun nəticələrinin tanınmayacağı bildirilib:

“Referendumdan sonra milli təhlükəsizliyi pozulsa, Türkiyə hərəkətə keçəcək. Ankara İraqın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir. Beynəlxalq ictimaiyyəti İraqın bütövlüyünə qarşı yönələn bu kimi addımların qarşısını almağa çağırırıq”.

Qeyd edək ki, Məsud Bərzaninin rəhbəri olduğu Şamali İraq Kürdüstanı Müxtariyyəti bu gün müstəqillik referendum keçirir.


Müəllif: Samir