25 Sentyabr 2017 12:01
1 371
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tailandın sabiq baş naziri, xanım Yinqlak Çinavat ölkədən qaçıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Tailand polisi məlumat yayıb.

Barəsində istintaq gedən baş nazirin Kambocaya keçdiyi bildirilib. İlkin ehtimallara görə, ona bu işdə Banqkok polisinin sabiq rəisi polkovnik Çayrit Anurit yardım edib. Çayrit Anurit saxlanılıb.

Sabiq rəis Çinavatı “Mersedes” markalı şəxsi avtomobilində sərhədi keçdiyini, daha sonra naməlum maşına əyləşərək, oradan uzaqlaşdığını deyib.

Qeyd edək ki, sabiq baş nazirə qarşı Tailandda korrupsiya ittihamı irəli sürülüb.


Müəllif: Samir