25 Sentyabr 2017 13:01
1 211
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rus dili Ermənistanda əcnəbi dil statusunu qazanıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Ermənistanın Təhsil naziri Levon Mkrtçyan məlumat verib:

“Bu günə qədər rus dili Ermənistanda heç bir statusa malik deyildi. Qərar verildi ki, rus dilinə əcnəbi dil statusu verilsin”.

Qeyd edək ki, bir müddət öncə Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin Ermənistan hakimiyyətinə respublika qanunvericiliyində rus dili üçün rəsmi statusun təsbit olunmasını təklif edib. Onun fikrincə, bu, milli sürücülük vəsiqələrinin Rusiya ərazisində tanınmasına yardım göstərəcək.


Müəllif: Samir