26 Sentyabr 2017 10:20
2 120
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qaraciyər çatmazlığından əziyyət çəkən Avropa, Dünya və Olimpiya çempionu Naim Süleymanoğlu süni nəfəs aparatına qoşulub.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, onun Bakırköy xəstəxanasında saxlanıldığı bildirilib.

Naim Süleymanov isə yaxınlarından xəstəliyi ilə bağlı heç bir məlumatın yayılmamasını istəyib:
“Heç kimə deməyin, heç kimdən yardım istəməyin, heç kimə zəng etməyin. Yaşadığımı yaşamışam. Ölsəm ölərəm”.

1967-ci ildə Bolqarıstanda doğulmuş Naim Süleymanoğlu sonradan Türkiyəni təmsil edən məşhur ağır atletdir. 1992, 1996 və 2000 Yay Olimpiya Oyunlarının qızıl medalçısıdır. Dünya Çempionatında 22 dəfə qızıl, 1 dəfə gümüş və 1 dəfə isə bürünc medal qazanıb.


Müəllif: Samir