26 Sentyabr 2017 15:21
1 288
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyada müxtəlif obyektlərdə bomba yerləşdirilməsi ilə bağlı polisə yalan məlumat verən şəxs tutulub.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, saxlanılan 28 yaşlı Stavropol sakini Albert Abramovdur.

Araşdırmalar zamanı onun bir müddət əvvəl Suriyadan qayıtdığı və orada İŞİD terror təşkilatının sıralarında döyüşdüyü məlum olub.

Xatırladaq ki, sentyabrın 11-dən başlayaraq Rusiyanın bir çox şəhərlərində hüquq-mühafizə orqanlarına bomba həyəcanlı zənglər edilib.


Müəllif: Samir