26 Sentyabr 2017 18:19
653
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstan parlamenti ölkənin yeni konstitusiyasını səsverməyə çıxarıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, konstitusiya böyük səs çoxluğu ilə üçüncü oxunuşda qəbul olunub.

Konstitusiyanın lehinə 117, əleyhinə 2 deputat səs verib.

Qeyd edək ki, bundan əvvəlki iki oxunuşda parlament konstitusiyaya düzəlişlərlə bağlı tədbirlər paketi təqdim etmişdi.


Müəllif: Samir