26 Sentyabr 2017 20:58
946
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın qərargah rəislərinin birləşmiş komitəsinin sədri, general Cozef Danford hesab edir ki, Rusiyanın qarşısını almaq üçün Ukraynaya düşəmənin canlı qüvvəsi və infrastrukturunu maksimal effektiv şəkildə məhv edəcək öldürücü silahlar verilməlidir.

Teleqraf.com-un Rusiya KİV-ə istinadən xəbərinə görə, Danforf ABŞ Senatının silahlı qüvvələr üzrə komitəsinə məktubunda belə yazıb.

Qeyd edək ki, bundan öncə Ukrayna Prezidenti Petro Poroşenko amerikalı həmkarı Donald Trampla görüşündən sonra "Foks Biznes" telekanalına açıqlamasında ABŞ-dan öldürücü xarakterli deyil, yalnız müdafiə silahları alacaqlarını açıqlamışdı.


Müəllif: Nihad