27 Sentyabr 2017 01:27
795
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Donald Tramp Şimali Koreya problemini hərbi yolla həll etməyin mümkün olduğunu, lakin bunun nəticələrinin dağıdıcı olacağını bildirib.

Teleqraf.com-un Rusiya KİV-ə istinadən xəbərinə görə, İspaniya Baş naziri Mariano Raxo ilə birgə mətbuat konfransında Tramp deyib:

"Biz ikinci variant üzrə hərəkət etməyə tam hazırıq. Lakin bu variant arzuolunan deyil. Ancaq bu varinata əl atsaq, nəticə dağıdıcı olacaq. Mən qarantiya verirəm, bu varinat Şimali Koreya üçün dağıdıcı olacaq. İkinci variant hərbi yoldur".


Müəllif: Nahid