25 İyul 2014 14:55

Qırğızıstanın sabiq prezidenti Kurmanbek Bakiev barəsində qiyabi olaraq ömürlük azadlıqdan məhrumetmə barədə hökm çıxarılıb.

Bu haqda Bişkek Qarnizonunun Hərbi Məhkəməsində qərar verilib. Buna səbəb K. Bakiyevin hakimiyyətdə olan zaman ona qarşı keçirilən aksiyaları amansızcasına yatırarkən insanların həlak olmasıdır. Məlumata görə, həmin vaxt hökumət qüvvələri 77 nəfərin ölümünə səbəb olub.

Qeyd edək ki, Kurmanbek Bakiev 2005-ci ildə inqilab yolu ilə hakimiyyətə gəlib. 2010-cu ildə isə onun özü də hakimiyyətdən devrilib və ölkəni tərk edib.

modern.az


Müəllif: