10 Oktyabr 2017 21:22
817
12 Punto 14 Punto 16 Punto 18 Punto

Barselonada Kataloniyanın müstəqilliyinin elan edilməsinə saatlar qalıb.

Teleqraf.com xəbər verir ki, müstəqilliyin tərəfdarı olan siyasilər artıq parlamentə toplaşıblar. Deputatlar katalonların lideri Karles Puigdemontun gəlişini gözləyirlər.

İspaniya hökuməti katalonların lideri Karles Puigdemont haqqında cinayət işi açsa da, Kataloniya polisi onun təhlükəsizliyini ciddi şəkildə qoruyurlar. Parlamentin binası təhlükəsizlik qüvvələri tərəfindən dövrəyə alınıb.


Müəllif: Teleqraf.com