Rusiya-ABŞ münasibətlərinin gərginləşməsində Vaşinqton günahkardır.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu sözləri Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov deyib.
O bildirib ki, Amerika tərəfinin hərəkətləri Rusiyaya təhqirdir:
“Moskva ABŞ-dan bu ölkədə yerləşən Rusiyaya məxsus mülklərin ələ keçirilməsini dayandırmağı tələb edir”.
Səfir əlavə edib ki, Moskva Vaşinqton ilə əlaqələrin yaxşılaşmasının tərəfdarıdır.