12 Oktyabr 2017 11:04
680
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Donald Tramp daxili işlər naziri postuna namizədini açıqlayıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu şəxs 45 yaşlı Kirstyen Nielsendir.

Bununla bağlı Ağ Ev məlumat yayıb.

Məlumatda bildirilir ki, Nielsenin daxili təhlükəsizlik məsələlərində kifayət qədər təcrübəsi var. O, ABŞ-ın 43-cü prezidenti Corc Buşun dövründə DİN-də vacib məsələlərin həlli ilə məşğul olub. Nielsen həmçinin Kibertəhlükəsizlik Mərkəzində müəllimdir.

Onun namizədliyinin gələn həftə Konqresdə səsverməyə çıxarılacağı bildirilib.


Müəllif: Samir