12 Oktyabr 2017 11:55
2 480
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə və ABŞ nümayəndələri yaxın günlərdə görüşlə bağlı razılığa gəliblər.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bunu Türkiyə Baş nazirinin müavini Bəkir Bozdağ deyib.

O bildirib ki, görüşdə viza böhranı müzakirə olunacaq: “Görüşlə bağlı Türkiyə XİN və ABŞ Dövlət Departamenti arasındakı telefon danışığında razılıq əldə olunub. Görüşün nəticəsinə əsasən, hansı addımları atacağımızı müəyyən edəcəyik”.

Bozdağ həbsdə olan ABŞ-ın İstanbuldakı baş konsulluğunun əməkdaşı Mətin Topuzun vəkil ilə təmin olunmaması məsələsinə də münasibət bildirib:

“Biz Topuzu vəkil ilə təmin etmişik. Vəkil olmadan onu dindirə bilməzdik”.


Müəllif: Samir