12 Oktyabr 13:40
286

İraq Kürdüstanının lideri Məsud Bərzani Bağdad rəhbrəliyi ilə görüşməyə hazır olduğunu bildirib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Bərzani görüş zamanı qondarma referendum məsələsini deyil, aeroportlar və sərhədlərlə bağlı məsələləri müzakirə edəcəklərini deyib.

Qeyd edək ki, Kürdüstanda sentyabrın 25-də baş tutan qondarma referendumdan sonra Şimali İraqa ediləcək bütün uçuşlar dayandırılıb və sərhədlər bağlanıb.


Müəllif: Samir