12 Oktyabr 2017 14:54
1 548
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran Prezidenti Həsən Ruhani İraq Kürdüstanının qondarma referenduma görə əvəz ödəyəcəyini bildirib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Ruhani İranın hər zaman məzlum ölkələrin yanında olduğunu deyib:

“İran, İraq, Suriya və Türkiyədəki kürdləri sevirik. Kürdlərə qarşı təzyiqlərin əleyhinəyik. Ancaq İraq Kürdüstanı rəhbərlərinin gördüyü iş qanunsuzdur. Kürdlər fədakar və sülhsevər xalqdır”.

Ruhani əlavə edib ki, İran ABŞ-ın 20 il davam edəcək İŞİD planını pozub: “ABŞ İŞİD-i 20 il bölgədə saxlamaq və ondan istifadə etmək istəyirdi. Biz bu planları pozduq. Suriya və Liviyanı İŞİD-dən qurtardıq”.


Müəllif: Samir