Rusiya Hərbi Dəniz Qüvvələrinin Xəzərdəki təlimləri davam edir.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Cənub Hərbi dairəsinin mətbuat katibi Vadim Astafyev məlumat verib.
O bildirib ki, bu gün səhər saatlarında dəniz qüvvələrinin şəxsi heyəti “Tatarıstan” və “Qrad Sviyajsk” gəmilərindən əvvəlcədən müəyyən olunmuş hədəflərə atəş açıblar.
Qeyd edək ki, təlimlərdə məqsəd Rusiya HDQ-nin döyüş hazırlığının yoxlanılmasıdır. Ümumilikdə, təlimlərdə 20 hərbi gəmi iştirak edir.