12 Oktyabr 2017 15:32
717
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya ilə 100 milyon dollar dəyərində kredit sazişinin imzalanması barədə Ermənistan Nazirlər Kabinetinin iclasında təklif irəli sürülüb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, təklifə əsasən, Ermənistan Maliyyə naziri Vardan Aramyan Rusiya tərəfi ilə saziş imzalamalıdır.

Müqavilədə göstərilən məbləğ Ermənistan ordusunda Rusiya istehsalı olan hərbi təyinatlı məhsulların tədarükünə yönəldiləcək.

Təklifdə kreditin 15 il (2023-2037-ci illər) müddətinə 3 faizlə verilməsi nəzərdə tutulur.


Müəllif: Samir