Rusiya Prezidenti Vladimir Putin ölkəsinin San Fransiskodakı Baş konsulluğunun binası qarşısında Rusiya bayrağının yoxa çıxmasından xəbərdardır.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu sözləri Kremlin sözçüsü Dmitri Peşkov deyib.
O bildirib ki, faktla bağlı Putin ABŞ-a layiqli cavab verəcək: “Əlbəttə, Putin Rusiya Federasiyasının marağında olan addımı atacaq”.