12 Oktyabr 2017 17:21
737
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fələstinin HƏMAS və Əl-Fəth qruplaşmaları Qəzza bölgəsi ilə bağlı razılığa gəliblər.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, anlaşma Misirin vasitəçiliyi ilə Qahirədə imzalanıb.

Razılaşmaya əsasən, dekabrın 1-dək Fəslətində Birlik hökuməti yaradılacaq.

Qəzzanın, həmçinin Refah sərhəd keçid məntəqəsinin idarəsi də Birlik hökumətinə tapşırılacaq.

Qeyd edək ki, HƏMAS və Əl-Fəth 10 ildən çoxdur Qəzza məsələsində razılığa gələ bilmirdilər.


Müəllif: Samir