12 Oktyabr 2017 18:19
742
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ YUNESKO-dan çıxmaq qərarına gəlib.

Teleqraf.com xəbər verir ki, bununla bağlı amerikalı mənbə “Assoşeyted Press” agentliyinə məlumat verib.

Mənbənin sözlərinə görə, buna səbəb Fələstinin üzvlüyü məsələsi ilə bağlı uzun müddətdir davam edən anlaşılmazlıqdır.

Qeyd edək ki, Fələstin 2011-ci ildə YUNESKO-ya üzv olub. Buna cavab olaraq ABŞ təşkilata ödədiyi üzvlük haqqını dayandırıb. Bu günə qədər yığılan borc 500 milyon dollar çatıb.


Müəllif: Teleqraf.com