12 Oktyabr 19:22

Amerika hökuməti Levkoşa səfirliyinin Kuzey Kıbrıs Türk Cümhuriyyətindəki ofisində viza prosedurasında hər hansı bir dəyişiklik etməyib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla da Amerikaya getmək istəyən türk vətəndaşları Levkoşadakı ABŞ səfirliyinin ofisinə müraciət edərək viza ala bilərlər.

ABŞ səfirliyi qeyd edib ki, bu məsələdə türk vətəndaşlarına hər hansı bir maneə yoxdur.


Müəllif: Cavad