İraq müstəqillik haqqında referendum keçirən kürd muxtariyyətinin əhalisinə qarşı ordudan istifadə etməyəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə İraqın baş naziri Hayder əl-Abadi deyib.
Onun sözlərinə görə, regionun güclülərdən olan İraq ordusundan xalqa qarşı istifadə edilməyəcək: "Bizim vəzifəmiz dövlətin bütövlüyünü saxlamaq, vətəndaşlarını hər hansı təcavüzdən qorumaq, federal hakimiyyəti qurmaq, konstitusiya quruluşunu saxlamaq, sərhədlərin təhlükəsizliyini təmin etməkdir".