13 Oktyabr 2017 10:07
616
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsveçin cənubunda yerləşən Trelleborq şəhərində silah səsləri eşidilib.

Teleqraf.com “Ria Novosti” agentliyinə istinadən xəbər verir ki, hadisə şəhərdəki restoranlardan birində baş verib.

Naməlum şəxs restoranda əylənən insanlara atəş açıb.

Hadisə nəticəsində 4 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Hadisəni törədən şəxsin qaçmağa müvəffəq olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.


Müəllif: Samir