13 Oktyabr 2017 11:11
798
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Rusiyadan S-400 raket əleyhinə müdafiə sistemlərini alması problemlər yaradıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu sözləri ABŞ-ın NATO-dakı xüsusi nümayəndəsi Key Beyli Xatçison deyib.

O bildirib ki, NATO ölkələri Türkiyənin bu hərəkətindən narahatdır: “S-400 sistemləri NATO-nun istifadə etdiyi komplekslərlə uzlaşmır”.

Xatçison əlavə edib ki, ABŞ Türkiyənin Rusiya ilə yaxınlaşmasına qarşıdır.


Müəllif: Samir