13 Oktyabr 2017 13:38
688
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təhdidlər artsa, Avropa Birliyinin diplomatlarını 24 saat ərzində ölkədən qovacağıq.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu sözləri Flippin Prezidenti Rodriqo Duterte deyib.

“Qardian”ın xəbərinə görə, Düterte bildirib ki, AB ölkələrinin Flippinin narkomaniya ilə mübarizəsinin araşdırılması məsələsində tolerantlıq göstərməyəcək:

“Biz kasıb ölkəyik. Avropa Birliyi bundan faydalanmaq istəyir. Onlar bizi BMT-dən çıxarmağa çalışır. Buyurub edin! Əgər onlar Flippin vətəndaşlarını Avropadan qovsa, biz onların diplomatlarını ölkədən çıxaracağıq”.


Müəllif: Samir